Pablo Eskobar

Pablo Eskobar
isp. Pablo Escobar
1976-cı ildə həbs olunması zamanı polis tərəfindən çəkilən şəkli
1976-cı ildə həbs olunması zamanı polis tərəfindən çəkilən şəkli
Doğum tarixi 1 dekabr 1949(1949-12-01)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 2 dekabr 1993(1993-12-02)[1][2][…] (44 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d]
Dəfn yeri
Həyat yoldaşı
  • Mariya İzabel Santos Kaballero[d] (19761993)
Uşaqları
  • Xuan Pablo Eskobar Henao[d],
  • Manuela Eskobar[d]
Partnyoru
  • Mariya İzabel Santos Kaballero[d] (bilinmir1976)
Fəaliyyəti narkobaron[d], siyasətçi
Partiyası
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pablo Emilio Eskobar Qaviriya (isp. Pablo Emilio Escobar Gaviria; 1 dekabr 1949[1][2][…], Rioneqro[d], Antyokiya2 dekabr 1993[1][2][…], Medellin, Antyokiya) — kolumbiyalı narkobaron, narkoterrorist və siyasətçi. Medellin Kartelinin qurucusu və lideri olmuşdur. “Kokainin kralı” adını qazanan Eskobar tarixin ən zəngin cinayətkarlarından biri kimi yadda qalıb. O, vəfat etdiyi günə qədər təxminən 30 milyarda yaxın dollar qazanmışdır. Bu günümüzdə 70 milyard dollara bərabərdir. Onun narkotik karteli 1980-ci və 1990-cı illərin əvvəllərində ABŞ-də kokain ticarətinə nəzarət edirdi. Narkotik satışından əldə etdiyi gəlirlə 1989-cu ildə Forbes jurnalında dünyanın ən varlı yeddinci şəxsi elan edilmişdir.

Eskobar Rioneqro şəhərində anadan olub və uşaqlığını Medelində böyüyərək keçirib. Qısa müddət Universidad Autónoma Latinoamericana-ya daxil olmuş, lakin təhsilini başa vurmamışdır. O, bunun əvəzində saxta lotereya biletləri və siqaret satışı, eləcə də avtomobil oğurluğu kimi qanunsuz fəaliyyətlərlə məşğul olmuşdur. 1970-ci illərin əvvəllərində o, narkotik qaçaqmalçıları üçün işləməyə başlayır, tez-tez insanları qaçırır və onların azad edilməsi üçün pul tələb edirdi.

1976-cı ildə Pablo Eskobar toz şəklində olan kokaini yaymaq məqsədi ilə Medellin Kartelinin əsasını qoyur. O, rəhbərlik etdiyi bu kartel ilə kokaini ABŞ-ə, əsasən Florida ştatından keçirirdi. Narkotiklər ABŞ-ə çatdıqdan sonra dilerlər və distribyutorlar şəbəkəsi vasitəsilə paylanılıb satılırdı. Eskobarın ABŞ-ə girməsi kokainə tələbatın böyük artmasına səbəb olur. 1980-ci illərdə o, Kolumbiyadan hər ay təxminən 70-80 ton kokain gətirirdi. Narkotik ticarəti ona tez bir zamanda var-dövlət qazandırır və onu dünyanın ən varlı şəxsləri cərgəsinə qatır. Bununla belə, o, rəqib kartellərin rəqabəti ilə üzləşirdi ki, bu da davam edən münaqişələrə və şiddətli qarşıdurmalara səbəb olurdu. Bu, müxtəlif zorakı hadisələrlə, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşlarını, hakimləri, mülki şəxsləri və tanınmış siyasi xadimləri hədəf alan qırğınlar və qətllərlə nəticələnmişdi.

1982-ci ildə Kolumbiya parlament seçkilərində Pablo Eskobar Liberal Partiyasının Nümayəndələr Palatasının ehtiyat üzvü seçilir. O, xalq üçün evlər və futbol meydançaları tikdirmiş və yerli sakinlər arasında populyarlıq qazanmışdı. Eskobarın siyasi ambissiyaları da var idi. Kolumbiya və ABŞ hökumətləri isə ona qarşı çıxaraq həbsini tələb edirdilər. Eskobarın onlara cavab olaraq "Avianca Flight 203" və "DAS Building" hücumları kimi partlayışları təşkil etdiyi güman edilir.

1991-ci ildə Pablo Eskobar hakimiyyət orqanlarına təslim olur və müxtəlif ittihamlarla beş il müddətinə həbs edilir. Ənənəvi həbsxanaya göndərilmək əvəzinə, o, cəzasını "La Catedral" adlı özünün inşa etdirdiyi həbsxanada çəkməsi üçün Kolumbiya Prezidenti Sesar Qaviria ilə müqavilə bağlayır. 1992-ci ildə səlahiyyətlilər onu başqa həbsxanaya köçürməyə çalışarkən Eskobar qaçıb gizlənir. Bu, onun bütün ölkədə axtarışına səbəb olur. Medellin Karteli artan təzyiqlərə görə dağılır və Eskobar 1993-cü ildə 44-cü ad gününün səhəri doğma şəhərində Kolumbiya Milli Polisi tərəfindən öldürülür.

Bəzi Kolumbiyalılar Pablo Eskobarın cinayətlərini pisləyir, bəziləri isə onu yoxsullara kömək etdiyi üçün "Robin Hud bənzəri" bir qəhrəman kimi görür. Onun dəfnində 25.000-dən çox insan iştirak edib yas tutmuşdur. Onun şəxsi mülkü "Hacienda Nápoles" hal-hazırda əyləncə parkı kimi fəaliyyət göstərir. Onun həyatı əsasında filmlər, teleseriallar və mahnılar hazırlanmışdır.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Tikkanen A. Pablo Escobar // Encyclopædia Britannica (ing.).
  3. https://www.findagrave.com/memorial/6202410/pablo-escobar.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search